Bu ay geomaqnit qasırğası OLACAQ - PROQNOZ

Bu ay geomaqnit qasırğası OLACAQ - PROQNOZ

Hazırda oxunan: Bu ay geomaqnit qasırğası OLACAQ - PROQNOZ
144327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası iyul ayı üçün kosmik hava proqnozunu açıqlayıb. 

BDU-dan Bizim.Media-ya bildirilib ki, iyulun 2-də Günəş səthində olan 3354 oblastında güclü və davamlı X1 alışması baş verib.

3359 oblastında baş vermiş M2.0 alışması iyul ayının əvvəlində ikinci güclü alışma olub. Son alışma tac kütlə atılması (Coronal Mass Ejection - CME) meydana gətirsə də, onun Yerə təsir etməyəcəyi, geoeffektiv olmayacağı proqnozlaşdırılıb. 
Geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin 2023-cü ilin iyul ayı üçün 2-4 intervalında olacağı, ayrı-ayrı tarixlərdə yüksələcəyi gözlənilir.

Belə ki, iyulun 8-də Kp əmsalının 4, iyulun 11-13-də isə 5 olacağı, G1 səviyyəsində mülayim geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO