Şəhid ailələrinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət etdilər - FOTO

Şəhid ailələrinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət etdilər - FOTO

Hazırda oxunan: Şəhid ailələrinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət etdilər - FOTO

143298

“Heydər Əliyev İli” və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də şəhid ailələrinin üzvləri və müharibə veteranları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, qonaqlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərə aid unikal eksponatlarla yaxından tanış olublar.

Müasir Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən muzeydəki eksponatlar ziyarətçilərdə dərin təəssürat yaradıb.

Ziyarətçilər “Azərbaycan inciləri”, “Mini Azərbaycan” sərgiləri ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgilərdə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş olunur.

Şəhid ailələri və müharibə veteranları Ulu Öndərin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünə qovuşması olduğunu xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsini yad edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ölkənin qalib vətəndaşı olmağın qürurunu yaşamaqdan şərəf duyduqlarını bildiriblər.
Sonda şəhid və qazi övladlarına xatirə hədiyyələri təqdim olunub.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO