Yazıçı Paşa Yaqub son vaxtlar özünün elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.
Moderator.az saytı yazıçının hələ çapa getməmiş “Məhəmməd Davudi”x9d əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib.
Beləliklə, əsərin beşinci hissəsi ilə tanış olun.
Dördüncü hissəni bu linkdən oxuya bilərsiniz:
MƏHƏMMƏD DAVUDİ DÖVRÜNÜN MEDAR QÜTBÜ İDİ
Övliyalıqda yüksək dərəcələrə çatmış mübarək şəxslərdən bir qisminə Qütb və ya bunun sinonimi olan aktab adı verilir. İşlərin görülməsinə və çətinliklərin aradan qaldırılmasına vasitə olan bu müqəddəs insanların dünya işləri və maddi aləmlə əlaqəli olanlarına Qütb-ül-aktab, Qütb-ül-ebdal və ya Qütb-ül-medar (medar qütbü), din və irşad işləri ilə vəzifəli olanlara Qütb-ül-irşad (irşad qütbü) deyilir.
Qütb-ül-aktab - aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, sağlamlıq-xəstəlik, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, rical-i qeybdən yəni hər kəsin tanımadığı (kəşf etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar... deyə söylənən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir. Böyük alim İmam Rəbbaninin bildirdiyinə görə, Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən bu zat hər zaman bulunur. Həzrəti-Rəsulullahın zamanında da vardı. Fəqət bunlara inziva (insanlar arasına qarışmamaq) lazımdır. Bunları hər kəs tanımaz (dərk etməz). Hətta bunlardan bəziləri özü-özünü belə tanımaz (dərk etməz). Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-medar aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olur. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən zatın feyzləri ilə olur. İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət etmək, tövbə etmək isə, Qütb-ül-irşadın feyzləri ilə olur. Qütb-ül-ebdalın (Qütb-ül-medarın) hər zamanda, hər əsrdə bulunması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünki aləmin nizamı ona bağlı yaradılmışdır. Əgər bu qütblərdən biri vəfat edərsə, yerinə başqası təyin edilir. İrşad qütbü isə, belə deyildir. Çünki, aləmin rüşd, hidayət və imandan boş olduğu zamanlar olur. Peyğəmbər əfəndimiz zamanının irşad qütbü idi. Həmin dövrdə medar qütbü Üveys əl-Qərani idi.
Davudinin həyat və fəaliyyəti ilə yaxından tanış olduqca aydın olur ki, onun missiyası xəstələrə şəfa vermək, çarəsizlərin dərdinə çarə etmək, kasıblara əl tutmaq, Allahdan ruzi və yağmur istəyənlərə dua etməkdən... ibarət olmuşdur. Bütün bunlar sübut edir ki, o da öz dövrünün Qütb-ül-medarı (və yaxud Qütb-ül-ebdalı) olmuşdur.
Hacı Məhəmməd Əfəndi Davudi məşhur sufi (Nəqşibəndi) şeyxləri Lələli Yunis Əfəndi, Almalı Mahmud Əfəndi, Talalı Əhməd Əfəndi, Ləkitli Hacı Cəbrayıl Əfəndi ilə eyni dövrdə yaşamış və onların bəziləri ilə yaxından dostluq etmişdir.
O, həm də kəramət sahibi olan bir övliya kimi xalqın sevimlisinə çevrilmiş və bu günədək müqəddəs məzarı ziyarət olunmaqdadır. Onun kəramətlərinə dair əhvalatlar bu günədək Car bölgəsində danışılmaqdadır.
Yeri gəlmişkən, Car kəndinin sakini Mina xanım Burcayeva bizimlə söhbətində bildirdi ki, oğlum stress keçirmişdi; depressiyada olurdu. Məhəmməd Davudinin qəbrini ziyarət etdik, orada dualar etdik. Ondan sonra oğlumda bir daha stresin əlamətləri olmadı...
MÜQƏDDƏS HƏCC YOLÇULUÄžUNDA
“Həqiqətən insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr ”“ İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin Həccə gedib, o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur”x9d Quran, “İmran ailəsi”x9d surəsi, 96-97-ci ayələr.
Məhəmməd Davudi dəfələrlə Həcc ziyarətində olub. O, ziyarətə gedərkən, həyat yoldaşlarını da apararmış (bir neçə arvadı olub). Təkcə həyat yoldaşı Məryəmi yeddi dəfə Həccə aparıb. Belə səfərlərin birində, Həccdən qayıdarkən, quldurlar onlara basqın edirlər. Əfəndi başından aldığı zərbədən yerə yıxılır və huşunu itirir. Oğru onu soyub, qaçmaq istəyəndə, onunla birlikdə olan Car kənd sakini Hacı Ramazan, qulduru tutaraq, Məhəmməd əfəndinin qarşısında diz çökdürür. Əfəndiyə təklif edirlər ki, oğruya cəza kəs, biz də icra edək. Məhəmməd Davudi cavab verir ki, “mən müqəddəs torpaqda əlimi insan qanına batırıb, günah edə bilmərəm. Buraxın getsin”x9d. Bu, Məhəmməd Əfəndinin necə böyük insan olduğunu sübut edən əhvalatlardan biridir. Bu hadisələrdən sonra övliyanın qulağı eşitmir. Lakin Həcc ziyarətində olan vaxtlarda qulağı daim eşidərmiş. Bu hadisə yadıma Mövlana ilə xalça oğrusunun ibrətamiz əhvalatını saldı. Əhvalat belə olmuşdur:
Mövlana bir gecə namaz qılırdı. Həmin anda “eşq sultanı”x9d bir başqa dünyanın insanı idi. Nə evində idi, nə də dünyada. Hüzurunda hüzur tapdığı Rəbbinin qatında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi. Mövlananın otağına gəldi və orada yerə sərilən xalçanı götürüb getdi.
Bir neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi.
Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi:
-Buraxın o yazığı! Ehtiyacı olduğu üçün etmişdir. Üzrlü hesab edin. Artıq xalça onundur. Ya da pulunu verib xalçanı satın alın!
(Bu hadisə bir çox yazıçı və şairə ilham qaynağı oldu. Əsrlər sonra Viktor Hüqo bu gözəlliyi götürüb romanında canlandırdı. “Səfillər”x9d adlı bu roman klassiklər arasında sayıldı. Lakin həmin kitaba görə o gözəlliyin qəhrəmanı Mövlana deyil, bir xristian rahibi idi).
Məhəmməd Davudi də övliyaya layiq hərəkət edərək, quldurun ac olduğunu nəzərə alıb, onu əfv etmişdir.
Bir gecə də, onun tövləsinə oğru girib, atlardan birini oğurlamaq üçün minir. Ancaq nə qədər çalışsa da, nə at yerindən tərpənir, nə də oğru atdan düşə bilir. Beləliklə, sübh namazına qalxan Məhəmməd Əfəndi, tövləyə yaxınlaşır və çöldən oğruya adı ilə müraciət edir ki, “filankəs, çıx get”x9d. Oğru cavab verir ki, “atdan düşə bilmirəm”x9d. Əfəndi deyir: “İcazə verdim, düş get”x9d. Bundan sonra oğru atdan düşür və övliyanın qarşısında diz çökərək üzr diləyir.
Hacı Məhəmməd Əfəndinin duaları Haqq dərgahında qəbul olunduğundan, yaşadığı dövrdə insanlar bir çox problemlərinin həlli üçün ondan dua etməsini xahiş edərmişlər və əksər hallarda istəklərinə nail olarmışlar.
MƏHƏMMƏD DAVUDİ İNSANLARIN DADINA YETƏRDİ
Övliyalardan bir qisminin vəzifəsi insanları irşad etmək, doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir. Allahın sevimli qulları olan bu şəxslərin dünyanın nizamı (düzəni) ilə görəvli olduqlarını bir kəs bilməz (dərk etməz). Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni, insanlara doğru yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər yeddi, bəziləri qırx, bəzi alimlər isə yetmiş olduğunu söyləmişlər.
Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında bir hədisində buyurmuşdur: "Ümmətim arasında hər zaman 40 kişi bulunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götürər. Bu zatlara ebdal deyilir (“Ebdal”x9d sözünü təsəvvüfdə yüksək məqam olmaqla, “dərviş”x9d sözünün sinonimi kimi də qəbul etmək olar ”“ müəllif). Onlar bu mərtəbəyə namaz və orucla yetişmədilər". Abdullah ibn Məsud: "Ya Rəsulallah! Nə ilə bu dərəcəyə çatdılar?" - deyə soruşdu. "Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər" - deyə buyurdu.
Məhəmməd Davudidən və onun insanların dadına yetməyindən söhbət etdikcə, yadıma məhz bu hədis düşdü. Onu da qeyd edim ki, övliya insanların dadına təkcə maddi yardımla çatmırdı, o həm də xəstələr üçün şəfa, çarəsizlərin dərdinə çarə idi.
Zaqatala rayonunun Çökək kəndində olan qədim məsciddə Məhəmməd Davudi tez-tez namaz qılarmış. Həmin kənddən olan yaşlı bir möminə qadın da, valideynlərinin ehsanı olaraq, məscid əhlinə tez-tez yemək gətirərmiş. Qadın bir gün məscidə gələndə Məhəmməd Əfəndinin içəridə təklikdə namaz qıldığını görür. Bir qədər gözləyir, birdən gördüyü mənzərədən heyrət edir: Davudi qaranquşa dönüb, məscidin içində bir neçə dövrə vurdu və yenidən insan olaraq, namaz qılmağa davam etdi. Qadın gördüyü möcüzənin heybətindən bayıldı. Özünə gələndə, Şeyx ona, gördüyü möcüzəni heç yerdə danışmamağı tapşırdı.
Qadın vədinə əməl edərək, gördüyünü Şeyxin ölümünə qədər danışmır. Məhəmməd Əfəndi dünyasını dəyişəndən sonra, oğulluğu Hacı Osman həyat yoldaşı Məryəm xanımla birlikdə Çökək kəndində qonaq imiş; həmin qadın da, məclisdə iştirak edirmiş. Nəhayət, qadın bu əhvalatı danışır və bildirir ki, bu sirri o dünyaya aparmaq istəmir.
(ardı var)



































































































