Göyçayda söküntü işləri SAKİNLƏRİ narazı saldı - VİDEO

Göyçayda söküntü işləri SAKİNLƏRİ narazı saldı - VİDEO

Hazırda oxunan: Göyçayda söküntü işləri SAKİNLƏRİ narazı saldı - VİDEO
142001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

20 ildən çoxdur ki, həyətlərinə yaxın olan əraziləri abadlaşdıraraq bağ salıblar. İndi isə həmin torpaqlar sakinlərin əlindən alınır.

Bizim.Media xəbər verir ki, söhbət Göyçayda Göyçay çayının sahil mühafizə zolağının yaxınlığında olan həyətlərdən gedir.

Bir qrup  sakin  onların həyətyanı ərazilərinin ətrafının şəhər bələdiyyəsi tərəfindən söküldüyünü bildirir.

Onların  sözlərinə görə, həmin ərazilərin bir hissəsi onların həyatyanı ərazisi olsa da qalan hissəsi isə Göyçay çayının sahil mühafizə zolağı olub. Çay məcrasını dəyişdickə həmin ərazilər daha da genişləndiyi üçün onlar həmin torpaqlardan istifadə etmək qərarına gəliblər. Həmin daşlıq ərazilərə kənardan torpaq  daşıyıyaraq bağ salıblar.

Sakinlər deyirlər  ki, həyətin hasarı söküldüyü üçün mal-qara onların bağlarda olan meyvə ağaclarını mənv edir.

Məsələ ilə bağlı Göyçay şəhər bələdiyyəsinin sədri Zöhrab Rəsulov bildirib ki, həmin ərazilər çayın mühafizə zolağıdır.

O, sahələrin vətəndaşlardan alınma məsələsinə də münasibət bildirib. 

Qeyd edilib ki, həmin ərazidə çayın mühafizə zolağında park  salınması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO