Naxçıvanda STEAM Mərkəzi açılıb - FOTO 

Naxçıvanda STEAM Mərkəzi açılıb - FOTO 

Hazırda oxunan: Naxçıvanda STEAM Mərkəzi açılıb - FOTO 

141524

İyunun 14-də Naxçıvan şəhərində STEAM Mərkəzinin açılış mərasimi keçirilib. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.  

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və digər qonaqlar iştirak ediblər. 
Qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, zəruri avadanlıqlarla təmin olunan mərkəzdə xüsusi istedadı ilə seçilən bacarıqlı şagirdlərin təhsil alması nəzərdə tutulur. 

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən 212 məktəbin 156-da STEAM kabinetləri yaradılıb. 400-dən çox müəllim STEAM təlimlərinə, 19 minə yaxın şagird isə STEAM təhsilinə cəlb olunub. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO