BİZİM TƏQVİM: 14 iyun \

BİZİM TƏQVİM: 14 iyun \"21 Azər hərəkatı\"nın süqut etdiyi gündür

Hazırda oxunan: BİZİM TƏQVİM: 14 iyun \"21 Azər hərəkatı\"nın süqut etdiyi gündür

141324

14 iyun 1946-cı ildə Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən sol təmayüllü Pişəvəri hökumətinə bölgədəki sovet qoşunları tərəfindən dəstək vardı. 

Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında (1947) həlak oldu.

Bəs, iyunun 14-də dünyada daha hansı hadisələr baş verib?

1. 1325-ci ilin bu günü ərəb tarixçisi İbn Bəttutə 21 yaşından doğma Mərakeşdən uzaq səyahətə yola düşüb. Onun bu səyahəti 30 il çəkib. Məşhur səyyah və tarixçi İbn Bəttutə bu illər ərzində Şərqi Afrikanın bütün müsəlman ölkələrini, Yaxın və Orta Şərqi, Orta Asiya dövlətlərini, Hindistanı və Çini keçərək Seymon və Sumatra adalarına çatıb. Bundan başqa, o, Krım yarımadasında da olub.

2. 1775-ci il 14 iyunda Böyük Britaniyanın Amerikadakı qiyamçı müstəmləkələrinin II Kontinental konqresi 20 min kişinin səfərbərliyə alınması və dağınıq dəstələrdən 10 atıcı alay təşkil olunmasına səs verdi. Beləliklə, Kontinental Ordu yaradılması barədə qərar qəbul edildi.

Bundan 2 gün sonra Corc Vaşinqton bu ordunun baş komandanı təyin edildi və Şimali Amerikanın müstəqillik uğrunda silahlı mübarizəsi başlandı. 

3. 1919-cu ilin bu günündə Xalq Cümhuriyyətinin parlamenti ölkədə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.

4. 12 iyun 1920-ci ildə Panama kanalının açılışı olub. Cənubi və Şimali Amerikanı ayıran kanalın tikintisi hələ XVI əsrdə gündəmə gəlmişdi. 1901-ci ildə Panamanı Kolumbiyanın əlindən alan ABŞ Britaniya ilə birlikdə kanalın tikintisinə başlayıb. 81,6 kilometr uzunluğunda olan kanal yalnız 1990-cı illərdə Panama dövlətinin nəzarətinə verildi.

5. 14 iyun 1940-cı ildə Fransa İkinci Dünya Müharibəsində məğlub oldu və Almaniya ordusu paytaxt Parisə girdi.

1952-ci ilin 14 iyununda ABŞ-da dünyanın ilk nüvə sualtı gəmisi “USS Nautilus”un tikintisi başlandı. 3 il sonra işə salınan “USS Nautilus” Şimal qütbünü dənizin altından keçərək tarixi uğura imza atdı. “USS Nautilus” 1980-ci ilə qədər ABŞ Dəniz Donanmasına xidmət göstərdi.

6. 14 iyun 1964-cü ildə məhkəmə Cənubi Afrika hökumətini devirmək üçün gizli plan hazırladığı səbəbiylə Nelson Mandelanı ömürlük həbs cəzasına məhkum etdi və 27 il Robben adasında həbsdə oldu. İrqçiliyə qarşı mübarizənin simvolu olan Mandela 1990-cı ildə azad edilərkən 71 yaşında idi.

7. 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında Folklend adaları uğrunda 2 ay yarım davam edən müharibə iyunun 14-də sona çatdı. Argentina danışıqsız təslim aktını imzalamağa məcbur oldu. Bu müharibədə 255 britaniyalı və 700 argentinalı həyatını itirdi.

8. 14 iyun 1995-ci ildə Şamil Basayevin başçılığı ilə çeçen dəstələri Stavropol diyarının Budyonnovsk şəhərinə hücum edərək yüzlərlə sakini girov götürüblər. Rusiya federal qüvvələri onları zərərsizləşdirməyə çalışsalar da, qırğının qarşısını almaq mümkün olmayıb. 150-dən çox adam həlak olub. Dəstəsi şəhəri tərk etməyə müvəffəq olan Ş.Basayev 2006-cı ildə öldürüldü.

9. 1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən yaradılan Şanxay Beşliyinin adı 2001-ci 14 iyununda Özbəkistanın da qoşulması ilə dəyişdirildi və Şanxay Əməkdaşlıq Təşkilatı adlandı.

10. Hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanat da verilib.

“Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən kampaniyaların məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir. 

Qan qruplarını müəyyənləşdirən sistemi və qan köçürülməsi üsulunu yaratmış avstriyalı immunoloq, Nobel mükafatı laureatı Karl Landştaynerin doğum günü şərəfinə iyunun 14-ündə dünyanın hər yerində kütləvi qanvermə aksiyaları keçirilir. 

14 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, mütəfəkkir və maarifçi Mirzə Şəfi Vazeh 1794-cü ilin bu günü dünyaya gəlib. Alman şairi Fridrix Bodenşted Vazehin şeirlərini alman dilinə tərcümə edərək yayınlayıb. Bu şeirlər tezliklə ingilis, İtaliya, norveç, isveç, holland, polyak, çex, yəhudi, rus və başqa dillərərə tərcümə olunub. Vazeh poeziyasının Avropada şöhrət qazandığını görən Bodenşted özünü həmin şeirlərin müəllifi elan edib. Bununla bağlı mübahisələr hələ də sürməkdədir (1794-1852).

2. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun atası, məşhur tarzən, musiqi xadimi Məşədi Cəmil Əmirov 1875-ci ilin 14 iyununda Qarabağın mərkəzi Şuşada anadan olub.

3. Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisist Camo bəy Hacınski 1888-ci il 14 iyunda Qubada dünyaya gəlib. Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan İstiqlal Bəyannaməsini imzalayanlardan biri olan Camo bəy Hacinski cümhuriyyətin Birinci Hökumət Kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra edib, Dördüncü və Beşinci hökumət kabinələrində poçt və teleqraf naziri vəzifəsində çalışıb.

1922-ci ildə həbs edilən C.Hacinski 6 il sonra (1928) azad edilərək Bakıya qayıdıb, bir müddət Azərİttifaq sistemində çalışıb. 1938-ci ildə yenidən həbs edilərək sürgünə göndərilib. Camo bəy Hacinski 1942-ci ildə sürgündə vəfat edib. (1888-1942)

4. 14 iyun 1926-cı ildə tanınmış tarzən, Azərbaycanın Xalq artisti  Həbib Bayramovun doğum günü (1926-1994). 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək ansamblın bədii rəhbəri olub.

5. Latın Amerikası inqilabçısı Çe Gevara 1928-ci ilin bu günü Argentinanın Rosatio şəhərində anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO