AYB-də Qərbi Azərbaycan bölməsi fəaliyyətə başlayacaq

AYB-də Qərbi Azərbaycan bölməsi fəaliyyətə başlayacaq

Hazırda oxunan: AYB-də Qərbi Azərbaycan bölməsi fəaliyyətə başlayacaq

141025

Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər.

Bizim.Media xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz.

Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
O, bu təşəbbüslə yaxın zamanlarda çıxış edəcəyini bildirib.

"Biz zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə qərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidir”, - R.Məcid vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO