Eldar İbrahimov və Qüdrət Həsənquliyevdən Şahlar Əsgərova yubiley təbriki...

Eldar İbrahimov və Qüdrət Həsənquliyevdən Şahlar Əsgərova yubiley təbriki...

Hazırda oxunan: Eldar İbrahimov və Qüdrət Həsənquliyevdən Şahlar Əsgərova yubiley təbriki...

141020
Bu gün YAP-ın qurucularından və "91-lər"dən olan görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Şahlar Əsgərovun 75 yaşı tamam olur.

Bu münasibətlə ölkənin tanınmış simaları onu bu yubiley münasibətilə təbrik edirlər. Milli Məclisin deputatları Eldar İbrahimov və Qüdrət Həsənquliyev də yubilyarla bağlı ürək sözlərini Moderator.az-la paylaşıblar.


Eldar İbrahimov Şahlar Əsgrovla partiyanın qurulmasından üzü bəri hər zaman birgə olduqlarını və onun cəmiyyətdə özünəməxsus yer tutduğunu deyir:

"Şahlar Əsgərovun 75 yaşını təbrik edirəm. Şahlar müəllim ictimai-siyasi həyatımızda həmişə özünəməxsus yeri olan bir insandır. Xüsusilə mən onu Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması zamanı tanımışam. Şahlar müəllim bu ölkədəki azsaylı insanlardan biri idi ki, 92-ci ilin 21 noyabrında Naxçıvana gəldi və partiyanın təsis konfransında iştirak etdi. O vaxtlar ölkənin tanınmış adamlarının Heydər Əliyevə müraciəti olmuşdu ki, Azərbaycan sizin sözünüzü gözləyir, həmin müraciət müəllifləri olan 91-lərin içərisində ən fəal insanlardan biri də Şahlar Əsgərov idi. Şahlar müəllim partiyanın həyatında iştirak edərkən, eləcə də Milli Məclisdə Təhsil komissiyasının sədri olarkən onunla çox yaxın münasibətlərimiz, dostluğumuz olub. Ona görə ki, bizi birləşdirən məhz Yeni Azərbaycan Partiyasına dönməz bağlılıq və Ulu Öndərin ideyalarının həyata keçirilməsindəki səylərimiz olub. Biz Şahlar müəllimlə YAP-ın sonrakı inkişaf mərhələsində də həmişə birlikdə olmuşuq. Şahlar Əsgərov istər YAP-ın yaradılmasındakı xidmətləri, sonradan deputat kimi fəaliyyəti ilə bərabər həm də çox yaxşı bir insan kimi də hamının rəğbətini qazanıb. Şahlar müəllim çox yaxşı bir alim, fizik və filosofdur. Şahlar müəllim sözün əsl mənasında Azərbaycan xalqının, cəmiyyətinin, ziyalılğının içərisində özünəməxsus yeri olan gözəl insan, sanballı ziyalıdır və mən dostumu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, ona can sağlığı və uzun ömür arzu edirəm".xa0

Qüdrət Həsənquliyevsə yubilyarın cəsarətli fikirləri ilə cəmiyyətin rəğbətini qazandığını söyləyir:


"Şahlar Əsgərov görkəmli alim və sanballı ziyalıdır. O ictimai-siyasi xadim kimi həmişə özünün novatorluğu ilə seçilib, cəsarətli fikirləri ilə insanların rəğbətini qazanıb. Ona möhkəm can sağlığı və uğurlar arzu edirəm".xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO