Tovuzun Aşağı Quşçu kəndində 2, Aşağı Öysüzlü kəndində isə 1 Qarabağ Müharibəsi əlilinə ev verilib. 3 otaqlı evlər müasir tələblərə uyğun qurulub.
xa0Tikililər mətbəx mebeli, istilik sistemi, elektrik enerjisi və təbii qaz xətləri ilə təmin edilib. Rayonda müharibə əlillərinin evlə təminatı üçün işlər davam etdirilir.



































































































