"Quru sərhədlər iyulun 1-dən AÇILA BİLƏR" – Razi Nurullayev  

Hazırda oxunan: "Quru sərhədlər iyulun 1-dən AÇILA BİLƏR" – Razi Nurullayev  
140419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumdünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev qeyd edib. Deputatın fikrincə, quru sərhədlərin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Quru sərhədləri açılsa, nə baş verəcək? – Ekspert ilkin şərtləri AÇIQLADI


“Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətindən çıxmayıb. Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər.

Quru sərhədlərin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra biləcəyi də nəzərə alınırdı.

Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin  bütövlüyü və suvereliyini qorumaq üçün quru sərhədlərinin bu günə qədər  bağlı qalması vacibliyi nəzərə alınırdı. İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın”.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO