Batareyaların sağlamlığımıza hansı ZƏRƏRLƏRİ VAR? – Həkimdən mühüm XƏBƏRDARLIQ

Batareyaların sağlamlığımıza hansı ZƏRƏRLƏRİ VAR? – Həkimdən mühüm XƏBƏRDARLIQ

Hazırda oxunan: Batareyaların sağlamlığımıza hansı ZƏRƏRLƏRİ VAR? – Həkimdən mühüm XƏBƏRDARLIQ

140240

Batareyaların sağlamlığımız üçün ziyanli olduğunu, yəqin ki, çox insan eşidib. Tez-tez məsləhət tipli bu xəbərdarlığa bəziləri inanmasa da çox insan bundan ehtiyat edir. Deyilənə görə, bir çox ağır xəstəliklər də məhz istifadə etdiyimiz batareyalardan qaynaqlanır.

Hətta batareyaların zibil qabına belə atılması doğru sayılmır. Məsləhət görülür ki, istifadə olunmuş batareyaları müəyyən üsullarla özlərindən uzaq tutsunlar.

Sosial şəbəkələrdə ,real həyatda olan bu çağırışlar həqiqətən də əbəs yerə deyil. Doğrudan da, batareyaların tərkibində civə və digər maddələr var ki, bu da insan həyatı üçün təhlükəlidir. Yəni stres, əsəb pozuntusu, ağ ciyər, ürək-damar və  onkoloji xəstəliklərə qədər gətirib çıxara bilir.

Bəs, batareyaların zərərlərindən necə qorunmaq olar?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən həkim-ekspert Rasif Bağırovun sözlərinə görə, batareyaların insan üçün zərəri yalnız müəyyən hallarda ola bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Niyə smartfonu cibinizdə daşıya bilməzsiniz? - SƏBƏBLƏR


“Hər hansı bir cihazı, aparatı işlətmək üçün istifadə olunan xırda batareyaların əslində orqanizmə heç bir ziyanı yoxdur. Çünki onların müəyyən bir şüalanması yoxdur. Onun tərkibindəki müxtəlif  mikroelementlər var ki, yığılaraq elektirik cərəyanı yaradırlar. Həmin cərəyan da ancaq hansısa aparatı işlətmək üçün istifadə olunur. 

Batereya zədə aldıqda, axıntı olduqda ziyanlı ola bilər. O da insan orqanizminə daxil olanda zəhərlənmələr baş verə bilər. Ancaq nə qədər ki zədələnmə və daxildən xaricə axıntı yoxdur, onun orqanizmə heç bir ziyanı olmur”.

Rasif Bağırov bildirib ki, böyük batereyalardan fərqli olaraq kiçik, məişətdə istifadə etdiyimiz batereyalar  insan sağlamlığı üçün heçbir fəsad yaratmır:

“Ziyan o zaman ola bilər ki çox böyük aparat və batereyalar olar və onlarmüəyyən məsafədən insana elektromaqnit dalğaları verə bilər. Bu halda insanda narahatlıq yarana bilər. Xırda batareyalar isə insan həyatı üçün tam təhlükəsizdir və heç bir ziyan vermir”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO