
- A-
- A
- A+
“Göy üzünün adamı” – Nazim Əhmədlinin kitabları sərgilənib – FOTO
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günündə şair Nazim Əhmədlinin imza saatı keçirilib.
Bizim.media masasında baş tutan imza saatında şairin "Mən bir günah elçisiyəm", "Göy üzünün adamı" və digər kitabları sərgilənib.
Nazim Əhmədlinin sözlərinə görə, 45 illik yaradıcılığı dövründə ən çox rəğbət qazanan əsəri "Unutduğum göy üzü" adlı şeirlər kitabıdır.
O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunması ədəbiyyatımıza, yazıçılarımıza, şairlərimizə yeni nəfəs gətirdi. Xatırladaq ki, Nazim Əhmədlinin kitabları, alman, ingilis, rus, yapon, özbək, fars, qırğız və türk dillərinə tərcümə olunub.
Qeyd edək ki, festivalın ikinci günü Qazax ( Qazaxıstan) ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































