"Azərbaycan MDB məkanında alıcılıq qabiliyyətinə görə liderdir" - Sahil Babayev 

Hazırda oxunan: "Azərbaycan MDB məkanında alıcılıq qabiliyyətinə görə liderdir" - Sahil Babayev 
139317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkəmizdə pandemiyanın təsirinin azalması fonunda ölüm sayının azalması müşahidə olunur”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. 

“Eyni zamanda müsbət demoqrafik dəyişiklik çərçivəsində anadan olan uşaqların sayının artması ilə bağlı uyğunlaşdırma aparılır. Sosial sahədə aparılan islahatların nəticəsi olaraq, ölkədə bu sahə durmadan inkişaf edir. Ümumilikdə isə 2019-cu ildən bu yana diqqət yetirsək, görərik ki, cənab prezidentin təsdiq etdiyi sənədlər fonunda minumum əmək haqqı 2,5 dəfə artıb. 
Qeyd edim ki, ümumi göstəricilərlə MDB məkanında Azərbaycan alıcılıq qabiliyyətinə görə birinci yerdədir.

Nominal statistikaya görə isə ikinci yerdəyik. Məşğulluğa nəzər salsaq, ümumi dörd ay ərzində 18 min şəxs işlə təmin edilib. Son beş ildə isə 1 milyon vətəndaşımız müxtəlif məşğulluq proqramlarına cəlb olunub. Əmək müqavilələrinin bağlanmasında da ciddi artımlara nail olmuşuq. Belə ki, 450 mindən çox əmək müqaviləsinin bağlanmasına şahid olmuşuq”,- deyə nazir bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO