İqbal Ağazadə təbliğat kampaniyasını uğurla davam etdirir  - Fotolar

İqbal Ağazadə təbliğat kampaniyasını uğurla davam etdirir - Fotolar

Hazırda oxunan: İqbal Ağazadə təbliğat kampaniyasını uğurla davam etdirir - Fotolar

139188

İqbal Ağazadənin Seçki Qərargahı iyunun 1-də də təbliğat kampaniyasını uğurla davam etdirib.

Günün birinci yarısında Ağdaş rayonunun Qaradeyin kənd sakinləri ilə görüşən qərargah üzvlərimiz seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə, İqbal Ağazadəyə səs verməyə çağırıblar.

Mehriban, qonaqpərvər Ağdaş camaatı ənənələrinə uyğun olaraq qərargah üzvülərini çox isti münasibətlə qarşılayıblar. 

Qərargah üzvləri olduqları kəndlərin problemləri ilə də maraqlanıblar.  Bəlli olub ki, bu kəndlərdə yol, işıq, qaz və içməli su problemləri ciddidir.  

Bu günə qədər Seçki Qərargahının digər ərazilərdə apardığı təbliğat öz nəticəsini verib. Artıq hər gün çoxlu sayda seçici İqbal Ağazadənin mobil telefonuna zəng edərək onunla canlı tamasda olur, öz dəstəklərin ifadə edir və onunla görüşmək istədiklərini bildirirlər.

Aparılan bu günkü kampaniya zamanı da seçicilər İqbal Ağazadəni tanıdığını,sosial şəbəkələrdən və mediadan parlament çıxışları ilə tanış olduqlarını və onu sona qədər dəstək verəcəklərini ifadə ediblər.

90 saylı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin təbliğat kampaniyası davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO