
- A-
- A
- A+
Cəmiyyət
21:26 / 28.05.2016
Beynəlxalq Bank ötən ili 823 mln. manatlıq zərərlə başa vurub
Hazırda oxunan: Beynəlxalq Bank ötən ili 823 mln. manatlıq zərərlə başa vurub
138662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının aktivləri 13 mlrd. 657,275 mln. manata çatıb ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 48,5% çoxdur. “APA-Economics”x9d xəbər verir ki, bu barədə məlumat bankın yaydığı konsolidasiya edilmiş maliyyə hesabatı və auditor rəyində yer alıb.
Hesabat dövründə bankın kredit portfelinin həcmi 28,3% azalaraq 5 mlrd. 635,583 mln. manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri kəskin artıb. Belə ki, 2014-cü ildə bankın öhdəlikləri 8 mlrd. 512,184 mln. manat olduğu təqdirdə, 2015-ci ilin sonuna bu göstərici 12 943,235 mln. manata çatıb. Beləliklə, öhdəliklər 1 il ərzində 52% artıb.
Ötən il bankın nizamnamə kapitalı 8,66% artaraq 641,287 mln. manat, məcmu kapitalı isə 4,15% artaraq 714,040 mln. manat təşkil edib.
Qeyd edək ki, bank 2015-ci ili 823,610 mln. manatlıq zərərlə başa vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































