Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin SAYI ARTIRILIB

Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin SAYI ARTIRILIB

Hazırda oxunan: Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin SAYI ARTIRILIB
138284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq 3 iyun tarixindən etibarən qatar reyslərinin sayı artırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından
(//ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO