Emin Hüseynov: “Minalar Azərbaycanın üzləşdiyi əsas problemlərdən biridir”

Emin Hüseynov: “Minalar Azərbaycanın üzləşdiyi əsas problemlərdən biridir”

Hazırda oxunan: Emin Hüseynov: “Minalar Azərbaycanın üzləşdiyi əsas problemlərdən biridir”
137907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında üzləşdiyi əsas problemlərdən biri də minalar və partlamamış hərbi sursatlardır”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.

O, qeyd edib ki, ANAMA minatəmizləmə prosesi ilə yanaşı, azad edilmiş ərazilərə yaxın yaşayan əhalinin mina ilə bağlı təhlükələr və ehtiyat tədbirləri barədə maarifləndirilməsi ilə də məşğul olur.

Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra minaların təmizlənməsi və azad edilmiş ərazilərin yenidən qurulması, o cümlədən nəqliyyat əlaqələrinin bərpası istiqamətində xeyli işlər görülüb.
E.Hüseynov bu ərazilərdə aparılan işlər, o cümlədən hava limanlarının, yaşayış komplekslərinin, məktəblərin və digər infrastrukturun tikintisi barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO