"Toylarda geyimlər nəinki göz oxşamır, əksinə, ətrafdakılarda qıcıq yaradır"

Hazırda oxunan: "Toylarda geyimlər nəinki göz oxşamır, əksinə, ətrafdakılarda qıcıq yaradır"

137387
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmələrin təlim tərbiyəsində milli dəyərlərə söykənən davranış və geyim xa0mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat və təşviqatın aparılması”x9d layihəsi çərçivəsində ilk tədbirini 18 may 2016-cı il tarixində Lənkəran şəhərində xa0Lənkəranın xa0Milli kitabxanasında həyata keçirib.xa0

Tədbirdə əsasən müəllimlər xa0və gənclər iştirak ediblər.xa0

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə xanım Cəfərova tədbiri açaraq öz çıxışına iştirakçıları salamlamaqla başlayıb. J. Cəfərova bildirib ki, planetimizdə mədəniyyətlərin müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir. Sonra o sözünə davam edərək insanın mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd olaraq bütöv bir cəmiyyət üzvü olduğunu, milli mədəniyyətlərin məkan və zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə xidmət etdiyi barədə geniş məlumat vermişdir.xa0

Daha sonra o tədbir iştirakçılarına geyim mədəniyyəti davranış mədəniyyəti ilə sıx bağlılığı haqqında maraqlı məlumatlar vermişdir. Jalə xanım çıxışına davam edərək, müasir dövrümüzdə geyim mədəniyyətinin milli və dini əsaslara söykənən formasını itirdiyini söyləyərək, xa0məlumatlar vermişdir. O bildirmişdir ki, geyim hər bir insanın, hər bir millətin özünü ifadə formasıdır.

Tədbir iştirakçıları xa0mövzuya çox böyük maraq göstərdilər. Tədbirdə layihə eksperti tərəfindən hazırlanan "Geyim və müasirlik" adlı videoçarx da nümayiş etdirilmişdir. Video çarxın nümayişindən sonra çox aktiv müzakirələr keçirilmişdir. Tədbir iştirakçıları bildirmişlər ki, həqiqətən də istər müasir gənclər, istərsə də orta nəslin nümayəndələri geyim sarıdan çox bərbad xa0durumdadırlar. Belə ki, ictimai yerlərdə, xüsusən də toy mərasimlərində geyimlər nəinki göz oxşamır, əksinə, ətrafdakılarda qıcıq yaradır. İştirakçılar daha sonra təbliğat və təşviqat aparmaq üçün müxtəlif səpkili təkliflər səsləndirmişlər.

Tədbir yüksək səviyyədə həyata keçmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO