YAP-ın beynəlxalq əlaqələr müəmması – YENİ İCRA KATİBİ KİM OLACAQ?

Hazırda oxunan: YAP-ın beynəlxalq əlaqələr müəmması – YENİ İCRA KATİBİ KİM OLACAQ?

13703

Azərbaycanın aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası 5 mart tarixində qurultaya gedir. Qurultayda partiyanın yenilənəcəyi ilə bağlı müzakirələrin getdiyi bir dövrdə ciddi kadr dəyişikliklərinin olacağı da ehtimal edilir. YAP daxili bir sıra strukturların fəaliyyətindəki durğunluq dəyişikliyiklərin əsas səbəbi hesab olunur.

YAP daxilində fəaliyyəti nəzərə çarpmayan istiqamətlərdən biri beynəlxalq əlaqələr sahəsidir.

Partiyanın rəsmi saytında beynəlxalq əlaqələr bölməsinə yer verilmədiyi üçün tərəfdaş qurumların veb saytlarında son illərdə Azərbaycanla bağlı fəaliyyətləri araşdırmaq problemin miqyasını müəyyən etməyə imkan verir.

 

MÖVZU İLƏ BAĞLI:

YAP-ın qurultayına aparıcı partiya liderlərindən REAKSİYA – “Dəyişiklik olsa, nə xoşbəxt bu millətə...”


Belə ki, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr çərçivəsində Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə yaxın münasibətlərə malik olub. Lakin bu münasibətlər və qarşılıqlı əməkdaşlıq 2012-2018-cı illər arası dövrdə baş verib. 

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 17 və 18. daimi iclasları və qurumun VII Baş Assambleyası Bakıda keçirilib.

2013-cü ildə isə hər iki qurumun Qadınlar və Gənclər qollarının birinci forumu Bakıda keçirilib və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı xüsusi olaraq vurğulandığı “Bakı bəyannaməsi” qəbul olunub.  

 

Avropa Xalqları Partiyasının veb saytında isə Azərbaycanla bağlı axtarışların nəticəsi isə sıfırdır. Qurumun tərəfdaşları sırasında isə Azərbaycanın və Yeni Azərbaycan Partiyasının adı qeyd edilməyib.


2016-cı ilin mayın 31-də YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclik və qlobal çağırışlar” mövzusunda keçirilən konfransda İYDU (İnternational Young Democrat Union), İCAPP (İnternational Conference of Asian Political Parties) və DEMYC (Democrat Youth Community of Europe) təşkilatlarının üzvləri iştirak edib. 

2018-cı ildən bugünədək isə beynəlxalq əlaqələr istiqamətdə hər hansı ciddi fəaliyyət nəzərə çarpmır. 

Xüsusilə 44 günlük müharibə dövründə adı çəkilən və YAP-ın əməkdaşlıq etdiyi partiyalardan heç biri münaqişə ilə bağlı hər hansı mövqe bildirməyib. Avroatlantik məkanda erməni təbliğatına qarşı mübarizədə bu partiyalarla qarşılıqlı əlaqələrdən istifadə edilə, onların Azərbaycanın mövqeyini müdafiə edən bəyanatlar qəbul etməsi istiqamətində iş aparıla bilərdi. 

Digər tərəfdən 44 günlük müharibə ərzində YAP rəhbərliyində təmsil olunan şəxslər beynəlxalq media resurslarında Azərbaycanın mövqeyini ifadə edən müsahibə və məqalələrlə çıxış edə bilərdi. İstisnalar təbii ki, var idi.

Bəzi şəxslər bunu edirdi, amma geniş hal bu fəaliyyət almadı. İstər müharibədən əvvəl və sonra, istərsə də müharibə dövründə belə bir addımın şahidi olmadıq. Beləliklə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin beynəlxalq əlaqələr istiqamətindəki fəaliyyətində ciddi problemlərin olduğu aydındır. 

 

Əvvəlcə onu qeyd edək ki, YAP-ın İcra katibliyində yüksək səviyyədə xarici dil bilikləri olan şəxslər bir neçə istisna çıxmaq şərti ilə demək olar ki, yoxdur. Bu statistika xaricdə təhsil almış şəxslər məsələsində də dəyişməz olaraq qalır. Cəmi bir neçə istisnadan başqa YAP rəhbərliyində xaricdə təhsil almış şəxsləri görmək mümkün deyil.


Bu şərtlər daxilində partiyanın beynəlxalq əlaqələr sahəsində ciddi işlər görməsini gözləmək təbii ki, mümkün deyil.

Yaddan çıxarmaq lazım deyil ki, YAP Azərbaycan Respublikası Prezidentinin partiyasıdır və YAP Partiya sədrinin müəyyən etdiyi siyasi kursun avanqardı olmalıdır. Lakin müşahidələrimiz göstərir ki, əvvəlki illərin xarici siyasət strategiyası ilə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasi kursu ilə ayaqlaşmaqda çətinlik çəkir və mövcud reallıqların fonunda sönük qalır. 

Güman edilir ki, partiyanın İcra Katibliyi üçün əsas namizəd kimi müzakirə olunan millət vəkilləri Ramin Məmmədovun, MM komitə rəhbəri Sadiq Qurbanovun və ya Tahir Mirkişilinin bu vəzifəyə seçilməsinin YAP üçün müsbət nəticələri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO