Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO

Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO

Hazırda oxunan: Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO
136663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

18 may 2023-cü il tarixində Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi baş tutub. 

Bizim.Media xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.  

Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb. 

Qeyd edək ki, Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, Respublika üzrə 26-cı mərkəzdir. Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.  

“ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb. 

“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. 
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Əməkdaşların ümumi sayı 228 , könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

 

Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 1
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 2
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 3
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 4
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 5
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 6
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 7
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 8
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı OLDU – FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO