Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib

Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib

Hazırda oxunan: Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib

136611

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibədən sonra 124 min şəxsə, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarına ümumilikdə 285 min müxtəlif sosial xidmət göstərilib. 

Bizim.Media xəbər verir ki, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib. 

O bildirib ki, həmin şəxslərdən 4 min 600 nəfər fərdi evlərlə təmin olunub: 

"3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib. 1900 nəfər müxtəlif növ reabilitasiya vasitələri ilə təmin olunub. 416 nəfər isə 433 protezlə təmin olunub. Agentliyin tabeliyində olan 14 reabilitasiya mərkəzi vasitəsilə 2803 müharibə iştirakçısına psixoloji yardım göstərilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO