“Müdafiə Nazirliyinin rəsmi saytında erməni dilində xəbər xidməti yaradılmalıdır”x9d.
Moderator.az xəbər verir ki, bu təkliflə jurnalist Seymur Əliyev çıxış edib. Jurnalistin sözlərinə görə, belə bir xidmətin yaradılması həm erməni yalanlarının ifşası, həm də erməni ictimaiyyətinə təsir baxımından mühüm əhəmiyyət kəsb edir:
“Müdafiə Nazirliyinin saytında erməni dilində xəbər xidmətinin yaradılması təmas xəttində baş verən hərbi toqquşmalar, verilən itkilərlə bağlı erməni ictimaiyyətinin obyektiv şəkildə məlumatlandırılması, rəsmi İrəvanın yalanlarının ifşası baxımından böyük əhəmiyyət kəsb edir. Hər kəsə bəllidir ki, Sərkisyan rejimi hərbi toqquşmalardakı uğursuzluqlarını gizlətmək məqsədi ilə öz itkilərini dəfələrlə azaldır, baş verən qarşıdurmaların təşəbbüskarı kimi Azərbaycanı təqdim edir. Belə bir xidmətin yaradılması erməni ictimaiyyətinə Emənistan Müdafiə Nazirliyinin təqdim etdiyi informasiyaları müqayisəli şəkildə təhlil etmək, rəsmi İrəvanın onları necə, hansı miqyasda aldatması xa0ilə bağlı təsəvvür əldə etməsinə imkan verə bilər. Məlum xidmətin formalaşması Azərbaycanın erməni ictimai rəyinə təsir imkanlarını da artırar ki, bu da hərbi qələbələrdən heç də az əhəmiyyətli deyil”x9d.






































































































