Bu gün şəhid olan hərbçimizin anasının faciəli ÖLÜMÜ – ÖZƏL  

Bu gün şəhid olan hərbçimizin anasının faciəli ÖLÜMÜ – ÖZƏL  

Hazırda oxunan: Bu gün şəhid olan hərbçimizin anasının faciəli ÖLÜMÜ – ÖZƏL  
135449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin anası ötən il faciəvi şəkildə dünyasını dəyişib. 

Bizim.Media-nın Qərb Bürosu xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin anası Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyevanı ötən il iyulun 18-də mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar vurub öldürüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın son təxribatında şəhid olan hərbçimiz sabah DƏFN OLUNACAQ


Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. 

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub. Şəhid hərbçimiz sabah doğulduğu Ağstafa rayonunun Vurğun kənd qəbristanlığında dəfn ediləcək. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO