Daha bir maqnit qasırğası gözlənilir

Daha bir maqnit qasırğası gözlənilir

Hazırda oxunan: Daha bir maqnit qasırğası gözlənilir
135399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Günəş diski üzərində olan fəal oblastların bir qismi müxtəlif M sinif alışmalar yaradıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında bildirilib. 

Mayın 7-də baş vermiş Tac Kütlə Atılmasının (CME- Coronal Mass Ejection) ötən sutkada geomaqnit sahəyə daxil olan zərbə dalğasının təsiri nəticəsində G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğa müşahidə olunmaqdadır. 
CME axınının təsirinin davamedici nəticəsi olaraq mayın 11-də günün əvvəli və sonu üçün G1 qasırğası proqnozlaşdırılır. Gözlənilən CME zərbə dalğası yuxarı coğrafi enliklərdə G3 (mülayim-güclü), aşağı coğrafi enliklərdə G1 maqnit qasırğası yarada, bu zaman maqnit sahəsinin kifayət qədər güclü həyəcanlaşması baş verə bilər.

Mayın 12-də günün ilk yarisi yuxarı coğrafi enliklərdə G2 (mülayim-orta), aşağı coğrafi enliklərdə G1 səviyyəli qasırğa, mayın 13-də isə qasırğanın səngiməsi, lakin geomaqnit sahənin fəal səviyyədə (Kp=4) qalması proqnozlaşdırılr.

Hazırda hər hansı fəallığa malik yeni Tac Kütlə Atılması müşahidə olunmur və geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 4-dür. 11-13 may tarixləri üçün Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 2-5 intervalında dəyişəcək. 
Yerin maqnit sahəsində meydana gələn güclü həyəcanlaşma səbəbindən həmin günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO