Narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI - FOTO 

Narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI - FOTO 

Hazırda oxunan: Narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI - FOTO 
134648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkir rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. 

Belə ki, qayda pozanlar arasında 3 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. 

Müayinənin nəticəsinə əsasən K.Məmmədov, H.İsmayılov və V.Hümbətovun narkotik vasitədən istifadə etmələri məlum olub. 

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. 

Bizim.Media

Narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI - FOTO  - foto 1
Narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI - FOTO  - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO