Elmlər Akademiyasının mükafatları sahiblərinə təqdim edildi  - Fotolar

Elmlər Akademiyasının mükafatları sahiblərinə təqdim edildi - Fotolar

Hazırda oxunan: Elmlər Akademiyasının mükafatları sahiblərinə təqdim edildi - Fotolar

134424

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən Ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"n təqdimetmə mərasimi keçirilib. 

Moderator.az xəbər verir ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə və akademik Böyükkişi Ağa oğlu Ağayev Azərbaycanda qara ciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə, o cümlədən üçcildlik “Cərrahi əməliyyatların atlası”x9d kitabının hazırlanmasında xidmətlərinə görə bu ali mükafata layiq görülüblər.
Həmçinin AMEA-nın adlı mükafatı da öz sahiblərinə təqdim edilib.  Qeyd edək ki, akademik Firudin Haşımzadə AMEA-nın Nəsirəddin Tusi,  akademik Siddiqə Məmmədova Həsən bəy Zərdabi, akademik Adilə Namazova isə Mirəsədulla Mirqasımov adına mükafatlarla təltif olunublar.

Bundan əlavə AMEA-nın müxbir üzvü Fəzilə Səmədova Yusif Məmmədəliyev adına, akademik Pərviz Məmmədov Musa Əliyev adına, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov isə Abbasqulu ağa Bakıxanov adına, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyov adına  mükafata layiq görülüblər.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO