Magistral su kəmərində QƏZA OLUB – VİDEO 

Magistral su kəmərində QƏZA OLUB – VİDEO 

Hazırda oxunan: Magistral su kəmərində QƏZA OLUB – VİDEO 
133847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir ki, həmin kəmərdə qəza baş verib”. 

Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı  oxu.az-a açıqlamasında deyib.  

O bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb: 

“Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”. 

Qeyd edək ki, Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb. Hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib.  

İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb.  Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər. 

Xatırladaq ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO