Bakıda Beynəlxalq Elektrotexniki Komitəsinin seminarı keçirilir

Bakıda Beynəlxalq Elektrotexniki Komitəsinin seminarı keçirilir

Hazırda oxunan: Bakıda Beynəlxalq Elektrotexniki Komitəsinin seminarı keçirilir
132961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Elektrotexniki Komitəsi (İEC) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün “Elektrotexniki avadanlıqlar və komponentlərin sertifikatlaşdırılması və sınaqların aparılmasında İEC sisteminin rolu”x9d mövzusunda 2 günlük beynəlxalq seminar öz işinə başlayıb. Seminarda çıxış edən komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində sənayenin rolu, ixrac qabiliyyətli məhsulların istehsalında keyfiyyət infrastrukturunun inkişafı, beynəlxalq standartların tətbiqi istiqamətində bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.

xa0Onun sözlərinə görə, Azərbaycan 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO), 2009-cu ildən Kodeks Alimentarius Komissiyasının, 2011-ci ildən Avropa Standartlaşdırma Komitəsinə, 2012-ci ildən Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (İLAC), 2015-ci ildən Ölçülər və Çəkilər üzrə Baş Konfransa üzvdür. Komitə 2011-ci ildən Beynəlxalq Elektrotexniki Komitəsinin (İEC) “İnkişaf etməkdə olan ölkələr üzrə müxbir Proqramı”x9dnda iştirak edir. Şöbə müdirinin bildirib ki, bu proqramda iştirak etməklə komitə müvafiq İEC standartlarını əldə etmək və təşkilatın tədbirlərində iştirak etmək imkanları qazanıb.Bundan başqa komitə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu vasitəsilə İEC-in uyğunluğun qiymətləndirilməsi üzrə müxbir status proqramında da iştirak edir.

Beynəlxalq Elektrotexniki Komitəsinin (İEC) rəsmisi Tomas Robertson çıxışında Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, beynəlxalq müstəvidə Azərbaycan fəal tərəfdaş kimi İEC və digər beynəlxalq standartları tətbiq etməklə ölkənin ixracyönümlü siyasət yürütmək, rəqabətqabiliyyətli məhsullarla xarici bazara çıxmaqda maraqlı olduğunu ortaya qoyur. Tomas Robertson qısa müddətdə 50-dək İEC standartının Azərbaycanda milli standart kimi qəbul edilməsini qeyri-neft sektoruna göstərilən dövlət dəstəyinin təzahürü olduğunu qeyd edib.

Sonra çıxış edən digər qonaq Antonietta Pittelud elektrotexnika sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.

Bildirilib ki, hazırda Azərbaycanda tətbiq edilən 46 İEC standartı əsasən elektrik kabellərinin keyfiyyəti, elektrik izolyasiya, fasiləsiz elektrik enerjisi təchizatı sistemi, güc transformatorlarına olan tələblər və s.ni əhatə edir. Bu standartları yerli müəssisələrdə tətbiq etməklə məhsulların xarici bazara çıxışı imkanları artmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO