
- A-
- A
- A+
Göygöldə qeyri-adi sorğu keçirildi - FOTO
Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində vətəndaşlar arasında məmnunluq sorğusu keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, sorğunun məqsədi sakinlər arasında İcra hakimiyyəti və strukturlarının fəaliyyətinin qiymətləndirilməsi, elektron xidmətlərdən istifadə, həmçinin, turizm potensialının inkişafı və sair sahələr üzrə fikir və təkliflər öyrənilməsi olub.
Göygöl şəhəri, Balçılı, Toğanalı, Yeni Zod, Sarısu, Topalhəsənli, Şəhriyar, Dozular kənd və Göygöl Milli Park ərazisində “ASAN Könüllülər” təşkilatı, YAP Gənclər təşkilatı, Göygöl Gənclər Evi və Aqrar İnkişaf könüllərinin dəstəyi ilə keçirilən sorğuda 300-dən çox vətəndaş iştirak edib.
Sorğunun nəticələrinə əsasən sakinlər böyük fəallıq göstərərək, yeni turizm subyektlərinin formalaşdırılması, aqrar sahədə olan su probleminin aradan qaldırılması, internetin sürətinin artırılması, qazlaşdırılmamış ərazilərə qaz xəttinin çəkilməsi, yeni yaşayış massivlərində yolların asfaltlanması və sair məsələlərlə bağlı təkliflər irəli sürüblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.











































































































