Dağlıq Qarabağdakı təmas xəttində aprelin ilk günlərində yaşayan hərbi eskalasiya, gözlənildiyi kimi, konflikti dünya gündəmində əhəmiyyətli bir yerə daşıdı. Ən önəmlisi odur ki, 4 günlük savaş işğalçı ölkə ilə işğala məruz qalan ölkənin hərbi qüdrəti, Azərbaycanın lazım gələrsə, öz ərazilərini asanca azad edə biləcəyi haqda beynəlxalq birlikdə bitkin bir rəy formalaşdıra bildi.xa0
Yerli və xarici siyasi analitiklər 2-5-də aprel qısamüddətli toqquşmanın yaratdığı yeni situasiyanı və onun mümkün nəticələrini şərh eləməkdə davam edirlər.
*** xa0xa0
“Vaşinqtonda ABŞ və Azərbaycan prezidentlərinin gözlənilən görüşünü sabotaj eləmək üçün ermənilərin başladığı təxribat Azərbaycanın xeyrinə yekunlaşdı. Azərbaycan ön cəbhədə əhəmiyyətli irəliləyişə nail oldu. Ermənistan isə əmin oldu ki, Rusiya onu ən zəruri məqamda köməksiz qoya bilər”x9d. Bu sözləri KAFKASSAM Strateji Tədqiqatlar Mərkəzinin (Ankara) direktoru Hasan Oktay 4 günlük müharibəni rusdilli vesti.az-a şərh edərkən deyib.xa0
Onun sözlərinə görə, Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakdan imtina edən Rusiya bu tədbiri özünə qarşı qəsd kimi qiymətləndirib ki, bu da yanlış olub: “Gözlənilirdi ki, sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin də görüşü olsun. Rəsmi Moskva da belə bir görüşdən yana əndişəli idi. Və görüşün gözlənilməsi məqamında Dağlıq Qarabağda atışma başladı. Bu da istər-istəməz belə fikir yaradır ki, baş verənlərin arxasında Rusiya dayanır. Təmas xəttindəki döyüş əməliyyatları zamanı Rusiya Qarabağ konfliktinə nəzarəti itirməmək üçün susqunluğunu saxlayırdı. Sonra isə atəşkəslə bağlı müdaxilə elədi”x9d.
“Azərbaycan ön cəbhədə əhəmiyyətli irəliləyişə nail oldu. Ermənistan isə öz növbəsində əmin oldu ki, Rusiya onu ən zəruri məqamda köməksiz qoya bilər. Son olaylardan sonra Ermənistan Dağlıq Qarabağa nəzarəti saxlamaq üçün silahlanma xərclərini artırmalı olacaq. Bu isə, təbii ki, onsuz da acınacaqlı durumda olan ölkə iqtisadiyyatında özünü neqativ şəkildə göstərəcək. İqtisadi durumun ağırlaşması nəticəsində olan-qalan əhali də ölkəni tərk edəcək. Ölkədəki iqtisadi çətinlikləri önləmək, vətəndaşlarının zədələnmiş psixikasını müəyyən qədər düzəltmək üçün gələcəkdə Ermənistan hərbi əməliyyata əl ata bilər. Əks təqdirdə Ermənistanın iqtisadi çöküşü qaçılmazdır”x9d - türkiyəli politoloq əlavə edib.
***xa0
Bu arada ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsi - ABŞ və Rusiya xarici siyasət idarələri başçıları - ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov qısa müddətdə ikinci telefon danışığı zamanı növbəti dəfə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Sülh danışıqları tarixində bu, ilk belə haldır. Söhbətin detalları açıqlanmasa da, görünür, telefon danışığını Qarabağ münaqişəsi zonasında yeni və daha geniş miqyaslı müharibə təhlükəsi zəruri edib. Çünki 4 günlük müharibə göstərdi ki, münaqişənin nizamlanmasında tezliklə real irəliləyiş əldə olunmasa, böyük savaş qaçılmaz olacaq. Bu isə Qərb (ABŞ) və Rusiya üçün də proqnoza yatmayan nəticələrə gətirə, onların bölgədəki köklü maraqlarını təhlükə altına sala bilər.xa0
Başqa yandan, həlli tapılmamış Ukrayna və Suriya böhranları fonunda şimal qonşumuzun öz sərhədləri yaxınlığında daha bir qaynar münaqişə ocağı istəməməsi məntiqlidir. İstisna deyil ki, Kerri və Lavrov bu üzdən müəyyən diplomatik zondaj həyata keçiriblər.
Moskva və Vaşinqton arasında intensivləşən telefon zənglərinin daha bir motivi Moskvanın Qarabağa dair hansısa həll planının detallarının müzakirəsi ilə də bağlı ola bilərdi. Xatırladaq ki, prezident Vladimir Putinin etibarlı şəxslərindən (danışman) olan politoloq Sergey Markov ilin sonunadək Dağlıq Qarabağ ətrafındakı 5 rayonun geri qaytarılacağı haqda bu günlərdə sensasion açıqlama vermişdi...xa0
***xa0
Qarabağ uğrunda savaş isə indi həm də informasiya meydanında, təbliğat və əks-təbliğat müharibəsi ilə aparılır. Təsadüfi deyil ki, Azərbaycan ordusu aprel əməliyyatları zamanı Dağlıq Qarabağda deyil, sırf onun ətrafındakı ərazilərdə işğaldan təmizləmə əməliyyatları aparsa da, düşmən tərəfinin təbliğat maşını bunu dərhal dünyaya “Arsaxa təcavüz”x9d kimi təqdim edib beynəlxalq birliyi çaşdırmağa çalışdı və çalışmaqda davam edir. Xüsusən də Rusiya ictimai auditoriyası belə yalanlarla güclü şəkildə “yemləndi”x9d.xa0
Əfsus ki, Rusiyada ermənilərdən iki dəfə böyük olan diasporumuz ermənilərin bu təxribatları önləmək işində sınaqdan çıxa bilmədi. Amma nə yaxşı ki, rusların öz içində bu yalanları faş edənlər var - rusiyalı tanınmış şərhçi, prezident yanında İnsan Haqları Şurasının üzvü Maksim Şevçenko kimi.xa0

“Hərbi əməliyyatlar Rusiya mediasında əks olunduğu kimi Dağlıq Qarabağda getməyib. Düzdür, ola bilər ki, ora raket düşüb, lakin əsas əməliyyatlar işğal olunmuş rayonlarda aparılıb”x9d. Bu sözləri o, “Exo Moskva”x9d radiosuna müsahibəsində deyib (Axar.az). “Dağlıq Qarabağda gərginliyin artması barədə nə düşünürsünüz”x9d sualına Şevçenko belə cavab verib: “Mən Dağlıq Qarabağ xaricindəki Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan 7 rayonu xatırlatmaq istəyirəm. Bu, artıq Dağlıq Qarabağ məsələsi deyil. Ermənilər bu bölgəni Dağlıq Qarabağın təhlükəsizlik zonası hesab edirlər. Bəzi hallarda hərbi təhlükəsizlik strategiyası baxımından razılaşmaq mümkündür. Lakin bu, artıq Dağlıq Qarabağ məsələsi deyil. Çünki ermənilər oradan azərbaycanlıları qovublar. Hərbi əməliyyatlar Rusiya mediasında əks olunduğu kimi, Dağlıq Qarabağda getməyib. Düzdür, ola bilər ki, ora raket düşüb, lakin əsas əməliyyatlar işğal olunmuş rayonlarda aparılıb”x9d.xa0
Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ ətrafı rayonlardan qoşunlarını çıxartmalı, Qarabağ zonası Azərbaycanın nəzarəti altında silahsızlaşdırılmalıdır. “Bu silahsızlaşdırmanı beynəlxalq sülhməramlılar həyata keçirə bilər. Daha sonra qaçqınların doğma evlərinə qayıdışı təmin olunmalıdır”x9d, - deyə o qeyd edib.xa0
Ekspert vurğulayıb ki, həm azərbaycanlı qaçqınlar evlərinə qayıtmalı, həm də münaqişə yarananda Azərbaycanın müxtəlif yerlərində yaşayan ermənilər geri gəlməlidirlər: “Təbii ki, bu onların öz istəklərinə bağlıdır. Bilirəm ki, bu proses çətindir, amma humanitar təşkilatlar bu istiqamətdə işləyə bilərlər”x9d. Onun qənaətincə, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi sonuncu mərhələdir: “Anlayıram ki, bu mərhələ işin ən çətin qismidir. Burada üç variant var: birincisi, Azərbaycanın tərkibində muxtariyyət; ikincisi, Azərbaycandan kənar müstəqil dövlət; üçüncü variant - Qarabağın Ermənistana birləşdirilməsi. Lakin fikrimcə, ikinci və üçüncü variantlar erməni radikallarından başqa heç kimə lazım deyil və heç kəs bunu istəmir. Hətta sadə ermənilərə belə bu lazım deyil. Bəzən Qarabağla bağlı Krım variantını irəli sürürlər. Amma bunlar tamam fərqlidir. Çünki Qarabağda etnik təmizləmə olub. Yəni belə bir vəziyyətdə Qarabağın başqa dövlətə qoşulmağı mümkünsüzdür və cəfəngiyatdır”x9d.

Şevçenko hesab edir ki, ermənilər qəbul etmək istəməsələr də, Qarabağın Azərbaycanın tərkibində muxtariyyət alması daha münasib və rahat yoldur: “Doğrudur, buna ABŞ-dakı erməni elitası razı deyil. Əbəs yerə deyil ki, indi Dağlıq Qarabağda tez-tez ”x9dbu yolu Amerika ermənilərinin pulu ilə qurulub" yazılan lövhələrə rast gəlinir. Amma hər şeyə rəğmən, məsələni həll etmək lazımdır. İndiyədək Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal olunub. Bu ərazilərdə infrastruktur dağıdılıb, yerində xarabalıqlar yaranıb. Bu məsələdən tək çıxış yolu münaqişəni həll etməkdir". Ekspert onu da qeyd edib ki, Dağlıq Qarabağın statusu yalnız bütün azərbaycanlılar öz evlərinə qayıdandan sonra həll edilməlidir.
***
Azərbaycan üçün isə hazırda ən vacibi onun öz haqq savaşını Dağlıq Qarabağdakı dinc sakinlərə qarşı deyil, ən əvvəl işğal altındakı ətraf 7 rayon uğrunda aparmaq olması haqda dünyada düzgün rəy formalaşdırmaqıdr. İnsan haqlarının həlledici olduğu XXI əsrdə bunun böyük əhəmiyyəti var. Əks təqdirdə hərbi qələbəmiz bir anda sıfırlana, hətta separatçı quruma beynəlxalq dəstək gələ bilər.(musavat.com)



































































































