Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlilinə ev veriləcək - FOTO

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlilinə ev veriləcək - FOTO

Hazırda oxunan: Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlilinə ev veriləcək - FOTO
13238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

Bizim.Media-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sənədsiz evlərə əmlak amnistiyası veriləcəkmi? – 10 İL KEÇDİ


Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb. 

İclasda Bakı şəhərində və Abşeron rayonunda yaxın aylarda DOST Mərkəzlərinin açılması üçün aparılan işlər, 4 saylı Bakı DOST Mərkəzinin və Abşeron rayon DOST Mərkəzinin yaradılması və nizamnamələrinin təsdiq edilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, son iki ildə yaradılmış DOST Mərkəzləri tərəfindən artıq 300 min vətəndaşa xidmət göstərilib, bu mərkəzlərin sayı artdıqca DOST xidmətləri ilə əhatə olunanların da sayı artacaq. 

“Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları”nın, “Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti  çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu”nun  təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.

Bizim.Media

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlilinə ev veriləcək - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO