Aksiya iştirakçıları sərhəddə buraxılış məntəqəsinin qurulmasını alqışlarla qarşıladı - FOTO

Aksiya iştirakçıları sərhəddə buraxılış məntəqəsinin qurulmasını alqışlarla qarşıladı - FOTO

Hazırda oxunan: Aksiya iştirakçıları sərhəddə buraxılış məntəqəsinin qurulmasını alqışlarla qarşıladı - FOTO

132317

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin bölmələri ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Bizim.Media xəbər verir ki, bu xəbəri Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları alqışlarla qarşılayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu


Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 133 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO