
- A-
- A
- A+
Kürdəmirdə 2 yük maşını toqquşdu - 3 yaralı var - FOTO
Kürdəmirdə ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, QAZel markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış DAF markalı yük maşınına çırpılıb.
Nəticədə QAZel-də olan sürücü və sərnişinlər olmaqla 3 nəfər ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Xəsarət alanların kimliyi bəlli olub. Bunlar Cəlilabad sakinləri - 34 yaşlı Abbasov Zabil Xanlar oğlu, 42 yaşlı Həsənov Rüstəm Zakir oğlu və Biləsuvar rayon sakini 32 yaşlı Əliyev Elçin Xudarəhim oğludur.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































