“Əlillik ala bilməyən şəxslər necə dolansın?” – Razi Nurullayev 

“Əlillik ala bilməyən şəxslər necə dolansın?” – Razi Nurullayev 

Hazırda oxunan: “Əlillik ala bilməyən şəxslər necə dolansın?” – Razi Nurullayev 

130099

“YAŞAT fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb YAŞAT fondunda vəsaitlərin çox az olmasıdır. Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Razi Nurullayev səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Maaşımızın bir hissəsini YAŞAT Fonduna bağışlayaq” – Qənirə Paşayevadan ÇAĞIRIŞ


“Təklif edirəm ki, Neft Fondundan hər il birdəfəlik vəsait “Yaşat” fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki,  “Yaşat” fonduna vəsait köçürməkdə davam etsinlər”, - deyə deputat əlavə edib. 

Millət vəkili bir sıra müharibə iştirakçılarının əlillik dərəcəsi almaqda problemlər yaşadığını da diqqətə çatdırıb: 

“Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstə. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir.  

Qınamaq da olmur. Onların iş yerləri ilə təminatında çox ciddi problemlər mövcuddur. Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin.  

Normal ali və peşə təhsili yoxdur ki, iş bazarında axtarışa çıxsın, valideynləri varlı-hallı deyillər ki, övladlarının xərclərini ödəsin, tam da əlil deyillər ki, aylıq vəsait alsınlar. Onun üçün də həm biz, həm də aidiyyatı dövlət qurumu bu məsələni gözardına almasın.
Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, onlara yazıqdır. Bəlkə, verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz, həm də hökumət bəyənəcək. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO