Deputat Hacıbala Abutalıbovun villasının FOTOLARINI yaydı - FOTO

Deputat Hacıbala Abutalıbovun villasının FOTOLARINI yaydı - FOTO

Hazırda oxunan: Deputat Hacıbala Abutalıbovun villasının FOTOLARINI yaydı - FOTO

129656

“Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev “Facebook” hesabında paylaşım edib. 

O, bildirib ki, həmin şəxslərdən biri də 5 il Suraxanı rayonunun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur: 

“Özünü mütrüf kimi göstərən bu şəxsin illərlə bağlı qalan 2-cə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində yerləşir.  

Görün, nə qədər ərazini zəbt edib. Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. Körpə balaları qarlı- yağışlı günlərdə başqa ərazilərdəki baxçalara və internatlara aparırlar.  
Əgər Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına versə, Allaha da xoş gedər. Əks təqdirdə hökumətin bu işə qarışması vacibdir.

Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər. Bu, mənə edilən müraciətlərdə yalnız 2 villadır”. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO