Sülhməramlıların 21 avtomobili Laçın yolundan MANEƏSİZ KEÇİB 

Sülhməramlıların 21 avtomobili Laçın yolundan MANEƏSİZ KEÇİB 

Hazırda oxunan: Sülhməramlıların 21 avtomobili Laçın yolundan MANEƏSİZ KEÇİB 

129632

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. 

Bizim.Media xəbər verir ki, RSK-ya məxsus 2 minik və 19 yük maşınından ibarət daha bir maşın karvanı Laçın istiqamətindən Xankəndiyə keçid edib. 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.  
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.  

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.  

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO