Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO 

Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO 

Hazırda oxunan: Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO 
129545
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb. 

Şuradan Bizim.Media-ya verilən məlumata görə, sənədi Mətbuat Şurasının sədri Rəşad Məcid və Mediasiya Şurasının İdarə Heyətini sədri Nadir Adilov imzalayıblar. 

Sənədin imzalanması ilə əlaqədar Azərbaycan Mətbuat Şurasında hər iki qurumun təmsilçilərinin iştirakı ilə toplantı keçirilib. 

Mətbuat Şurasının sədri Rəşad Məcid, Anlaşma Memorandumunun məntinin hazırlanmasında iştirak etmiş Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Nadir Adilov tədbirdə çıxış ediblər. 
Tədbirdə, həmçinin perspektiv əməkdaşlığın Anlaşma Memorandumunda nəzərdə tutulmuş müxtəlif istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək birgə fəaliyyətin əlaqələndirilməsi, növbəti təşəbbüslərin gerçəkləşdirilməsi üçün hər iki qurumdan koordinatorlar müəyyənləşdirilib. 

Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO  - foto 1
Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO