Mingəçevirdə 4 milyon illik fil sümükləri tapıldı -  VİDEO

Mingəçevirdə 4 milyon illik fil sümükləri tapıldı - VİDEO

Hazırda oxunan: Mingəçevirdə 4 milyon illik fil sümükləri tapıldı - VİDEO

129330
Mingəçevirdə cənub filinə aid sümük qalıqları aşkarlanıb.

Moderator.az Region TV-yə istinadən xəbər verir ki, Mingəçevir ərazisində 3-4 milyon il bundan əvvəl yaşadığı güman edilən nəhəng heyvana məxsus sümüklər aşkarlanıb. Aşkarlanan tapıntılar burada hələ buzlaşma dövründən öncə həyatın olmasına işarədir.xa0

Mingəçevir Dövlət Rəsm Qalereyasının müdiri Böyükkişi Vəliyev cənub filinə aid sümük qalıqlarını aşkarlayıb.xa0

Mingəçevirin su anbarının kənar hissələrində axtarışlarını davam etdirən Böyükkişi Vəliyev 3 il ərzində eyni ərazidən filin diz sümüklərini, kürək sümüyünün böyük hissəsini, çənənin və dişlərinin bir neçə xa0fraqmentini, başın tam hissəsi, onurğa sütununun bir fəqərəsini tapıb.xa0

Uzun müddət suyun altında konservasiyaya məruz qalan bu tapıntılar sonradan sahilə çıxıb. Böyükkişi Vəliyev həmin qalıqların aid olduğu cənub filinin keçmişdə burada yaşadığını söyləyir.

Böyükkişi Vəliyev bildirir ki, 2015-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnistitunun mütəxəssisləri tərəfindən bu tapıntı üzərində tədqiqat aparılıb. Araşdırmaların nəticəsi də göstərib ki, sümüklər 3-4 milyon il bundan əvvəl yaşayan və 1-1,5 ton çəkiyə malik olan nəhəng cənub filinə aiddir. xa0

Böyükkişi Vəliyev gələcəkdə bu istiqamətdə axtarışları davam etdirəcəyini və aşkarladığı bütün tapıntıları tarixi eksponat kimi xa0muzeyə təqdim edəcəyini bildirir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO