Mədəniyyət Nazirliyinin 2 vəzifəli şəxsi işdən AZAD OLUNDU - ÖZƏL/FOTO

Mədəniyyət Nazirliyinin 2 vəzifəli şəxsi işdən AZAD OLUNDU - ÖZƏL/FOTO

Hazırda oxunan: Mədəniyyət Nazirliyinin 2 vəzifəli şəxsi işdən AZAD OLUNDU - ÖZƏL/FOTO
129273
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov və Salyan Regional İdarəsinin rəisi Babək Bəkirov öz ərizələri ilə işdən azad ediliblər.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 2 idarə rəisinin öz ərizələri ilə işdən getməsinin bir neçə səbəbi var.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ Mixaylosu”nun qardaşı yüksək vəzifəyə təyin OLUNDU


Bunlar - qurum tərəfindən ərazilərdə mədəni irsi öyrənmək üçün lazımi şəraitin yaradılmaması, maaşların azlığı, xidməti avtomobillərin olmaması, yanacağın verilməməsi kimi səbəblərdir.

Şabran Regional İdarəsinin sabiq rəisi Sabit Qurbanov Bizim.Media-ya öz ərizəsi ilə işdən getməsini təsdiqləyib. Lakin o, səbəblər barədə danışmaq istəməyib.

Bundan başqa, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin nəzarət şöbəsinin rəisi Ruslan Ənvərlinin, maliyyə sektorunun aparıcı məsləhətçisi Taleh Nəbiyevin və abidə mühafizəçisi Elcan Hüseynəliyevin də öz ərizələri ilə işdən getdikləri bildirilir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ barədə məlumat veriləcəyini bildirib.

Mədəniyyət Nazirliyinin 2 vəzifəli şəxsi işdən AZAD OLUNDU - ÖZƏL/FOTO - foto 1
Mədəniyyət Nazirliyinin 2 vəzifəli şəxsi işdən AZAD OLUNDU - ÖZƏL/FOTO - foto 2

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO