Ordubadda “Azərbaycan - Türkiyə ipək bağı” salındı - FOTO 

Ordubadda “Azərbaycan - Türkiyə ipək bağı” salındı - FOTO 

Hazırda oxunan: Ordubadda “Azərbaycan - Türkiyə ipək bağı” salındı - FOTO 
127922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınıb. 

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbələr, eyni zamanda rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlər Əylis Düzündə 1,2 hektar ərazidə yeni salınan bağda Türkiyədən gətirilmiş 600-dən çox tut tingi əkiblər. 

Səlahiyyətli nümayəndə rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlərlə söhbət edib, xatirə şəkli çəkdirilib. 

Tut tinglərinin əkilməsində məqsəd gələcəkdə muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə töhfə verməkdir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO