Göygöldə qadın ərini BIÇAQLADI

Hazırda oxunan: Göygöldə qadın ərini BIÇAQLADI

127759

Göygöl rayonunda kişi bıçaqlanıb.

Bizim.Media reporta.az-a istinadən xəbər verir ki, hadisə martın 28-i saat 20 radələrində rayon ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva əri, 1991-ci il təvəllüdlü Süleymanov Elçin Zakir oğlu ilə yaşadıqları evdə qısqanclıq zəminində mübahisə edib.

Mübahisə zamanı qadın mətbəx bıçağı ilə E.Süleymanovun qarın nahiyəsinə bir zərbə endirib. Nəticədə kişi bədən xəsarəti alıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO