Bakıda və Abşeronda qaz təchizatı məhdudlaşdırılır

Bakıda və Abşeronda qaz təchizatı məhdudlaşdırılır

Hazırda oxunan: Bakıda və Abşeronda qaz təchizatı məhdudlaşdırılır

126089
Martın 11-də Bakıda və Abşeronda təbii qaz təchizatı məhdudlaşdırılacaq.

“Azəriqaz”x9d İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mart 11-də saat 10-dan işlər yekunlaşanadək Bakının Sabunçu rayonunun Albalılıq yaşayış massivində, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivində və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Zirə qəsəbəsində və Xaşa-Xuna bağ massivində, Səbail rayonunun 20-ci sahə və Bibiheybət qəsəbəsində, həmçinin Abşeron rayonunun Novxanı bağ massivində, Digah, Məhəmmədi, Fatmayi və Goradil kəndlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO