Sürücülərin NƏZƏRİNƏ: Bu yollar 3 gün bağlı qalacaq!

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar 3 gün bağlı qalacaq!

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu yollar 3 gün bağlı qalacaq!
125222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının mərkəzi prospektlərindən biri - Səbail rayonu ərazisində yerləşən Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsi 3 gün bağlı olacaq. 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya bildirib ki, həmin yollarda 12, 13 və 14 mart tarixlərində (bazar günündən çərşənbə axşamı daxil olmaqla) asfalt örtüyü dəyişdiriləcək, ona görə də atomobillərin hərəkəti üçün bağlanacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Yol polisi səhhətində problem olan sürücülərə müraciət etdi


"Bununla əlaqədar olaraq, Azneft dairəsindən Yusif Səfərov küçəsinə doğru (Cavanşir körpüsünə doğru) getmək istəyən sürücülər alternativ yoldan istifadə etməlidirlər”.

Alternativ yollar hansılardır? 

Araz Əsgərli alternativ yolların xəritəsini təqdim edərək bildirib ki, Azneft dairəsindən yuxarı Niyazi küçəsi ilə sağa dönərək, İstiqlaliyyət küçəsi ilə (İçərişəhər m.), daha aşağı Mirzə Ələkbər Sabirin abidəsinə qədər, sonra sola, Azərbaycan prospektinə (Monolit və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin binasına doğru), daha sonra 5 mərtəbədən saga, Şəmsi Bədəlbəyli küçəsinə dönərək Azadlıq prospektinə çıxışla irəli 28 may metrostansiyası tərəfə çıxmaq mümkündür. 

“Oradan Nizami küçəsi ilə kəsişmədən sola və Nizami küçəsi ilə düz Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər olan yollar alternativ yol hesab olunur.

Bunu nəzərə alaraq, sürücülərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər” – deyə A.Əsgərli bildirib.

Ziya Yaqubzadə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO