Gəncədə Orxan Əsgərovun 40 mərasimi KEÇİRİLDİ - FOTO 

Gəncədə Orxan Əsgərovun 40 mərasimi KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Gəncədə Orxan Əsgərovun 40 mərasimi KEÇİRİLDİ - FOTO 

124565

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun Gəncədə 40 mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərasimdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, şəhər ictimaiyyətinin nümayəndələri, mərhumun yaxınları iştirak edib. 

Yaş mərasiminə qatılanlar arasında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan səfirliyin əməkdaşı Vasif Tağıyev də olub. 

Mərasimdə mərhumun ruhuna dualar oxunub, ehsan verilib.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO