Neft və Sənaye Universitetində Mülki Müdafiə günü...

Neft və Sənaye Universitetində Mülki Müdafiə günü...

Hazırda oxunan: Neft və Sənaye Universitetində Mülki Müdafiə günü...

124271
Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə (MM) gününə həsr olunmuş “MM və müasir informasiya texnologiyaları”x9d mövzusunda tədbir keçirilib.

ADNSU-nun mülki müdafiəsi üzrə rəhbərinin, eləcə də komandir rəis heyəti, kafedraların MM üzrə nümayəndələri və tələbələrin iştirak etdiyi tədbirdə fövqəladə vəziyyət zamanı əhalini, o cümlədən ADNSU-nun şəxsi heyətinin təhlükəsizliyinin təmin olunmasında MM strukturunun işi, dövlətin təhlükəsizlik sistemində yeri və əhəmiyyətini təbliğ edən plakatlardan, əyani vasitələrdən, FHN-nin qəzetlərindən, sənədli kino-filmlərdən istifadə olunub. 

ADNSU-nun MM qərargah rəisi Elşən Məmmədov mövzu ətrafında geniş çıxış edib. O, MM vəzifələrinin və tədbirlərinin təbliğinin, insanların təhlükəsizlik məsələlərinin hər bir ölkədə nazirliklər, kütləvi informasiya vasitələri tərəfindən aparıldığını diqqətə çatdırıb: "MM ümumxalq məsələsidir. Hər bir insanın özünü müdafiə etmək qabiliyyəti olmalıdır. Qəzalar təkcə müharibəlrdə baş vermir. İnsanlar təbii, texnogen qəzalar zamanı da vəziyyətdən çıxmağı bacarmalıdılar”x9d. 

MM-nin tarixinə nəzər salan qərargah rəisi bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı baş Məclisinin qərarı ilə “Mülki müdafiə günü”x9d 1972-ci ildən etibarən hər il martın 1-də qeyd edilir: “Ölkəmiz bu nüfuzlu təşkilata 1993-cü ildən daxil olub. 1997-ci ilin mayında Prezidentin müvafiq fərmanı ilə Mülki Müdafiə qərargahı daşınan və daşınmaz əmlakı ilə birlikdə müdafiə Nazirliyinin tabeliyinə, 2005-ci ilin dekabr ayından etibarən isə Prezidentin sərəncamı ilə Mülki Müdafiə İdarəsi FHN-nin tərkibinə daxil edilib”x9d. E.Məmmədovun sözlərinə görə, fəlakət riskinin azaldılması hər bir dövlətin ərazisində müxtəlif dövlət strukturları tərəfindən kompleks şəkildə həyata keçirilir. FHN və MM orqanlarının bu sahədə apardığı iş daim diqqət mərkəzindədir. Mülki müdafiənin ümumxalq mahiyyəti, onun təşkilati quruluşu və həyata keçirdiyi tədbirlərin önəmliyi bu tədbirlərdə geniş əhali kütləsinin iştirakı ilə müəyyən olunur. Baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrin qarşısını almaq, nəticələrini müvəffəqiyyətlə aradan qaldırması işlərini təşkil etmək məqsədilə ADNSU-nun nəzdində fövqəladə hallar komissiyası fəaliyyət göstərir. 

Tədbirdə çıxış edən Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrasının müdiri Sakit Rəsulov MM-nin vəzifələrinin günü-gündən aktual olduğunu bildirib. MM dərslərinin bütün ali məktəblərdə keçirildiyini vurğulayan S.Rəsulov bu dərslərin böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, təhsil ocaqlarında Mülki müdafiə dərslərinin keçirilməsi tələbələrin fövqəladə hadisələrdə düzgün hərəkət etmələri, özlərini təhlükələrdən xilas etməklə yanaşı, başqa insanlara da yardım göstərə bilmələri baxımından zəruridir: “Fövqəladə hadisələr zamanı bütün insanların qəzaların nəticələrinin aradan qaldırılmasına cəlb olunması mütləqdir. Yəni fövqəladə hal baş verən zaman da heç kəs onun fəsadlarının aradan qaldırılmasında iştirakdan boyun qaçıra bilməz. Ona görə də fövqəladə vəziyyətdə bütün qurumlar işə düşür. Fövqəladə hadisə baş verən hallarda soyuqqanlılıq göstərilməlidir. Hər kəs öz hüquqlarını, vəzifələrini bilməlidir”x9d. Sakit müəllim dünyanın hər bir təhsil ocağında olduğu kimi, ADNSU-da da MM-nin təşkilinə geniş yer verildiyini qeyd edib.
TFT-nın sədri Xəyalə Məmmədova tələbə həmyaşıdlarını bu fənnin öyrənilməsində diqqətli olmağa çağırmaqla, MM-nin tarixinə nəzər salıb. 

Daha sonra iştirakçılara Mülki Müdafiəyə həsr olunmuş film nümayiş olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO