Rusiya Türkiyə ilə yaxın sərhədlərini gücləndirir...

Rusiya Türkiyə ilə yaxın sərhədlərini gücləndirir...

Hazırda oxunan: Rusiya Türkiyə ilə yaxın sərhədlərini gücləndirir...

123824
Rusiya Türkiyə ilə yaxın sərhədlərini gücləndirir. Bu məqsədlə Rusiya Orta Asiyada və digər bölgələrdəki hərbi dəstələrini Cənub hərbi dairəsinə yerləşdirməklə məşğuldur.

Moderator.az Argumenti.ru-a istinadən xəbər verir ki, fevalın 27-də Suriyada atəşkəsin elan olunmasına baxmayaraq Türkiyənin liderləri hələ də neosomanizm ideyasını davam etdirmək baqqında bəyanatlarla çıxış edirlər. Ona görə də Rusiya özünün Türkiyə ilə yaxın olan sərhədlərini gücləndirmək məqsədi ilə canlı qüvvə ilə yanaşı hərbi texnika da yerləşdirməyi qərara alıb. Rusiya Müdafiə nazirliyindən Argumneti.ru-ya verilən məlumata görə, bu məqsədlə nazirlik özünün Tacikstan və Qırğızstandakı hərbi bazalarındakı şəxsi heyətinin sayını azaldaraq, onları Cənub hərbi dairəsinin dislokasiyalarına köçürürlər. Hansı ki, bu  Suiyadakı rus hərbçiləri də məhz bu hərbi dairənin şəxsi heyətinin üzvləridir. Rusiya Tacikstanda yerləşən 201-ci hərbi bazasındakı şəxsi heyətini sayını 2020-ci ilədək 5900-dən 9000-dək artırmağı planlaşdırırdısa, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda  Moskva bu planına dəyişiklik edərək daha çox təhlükə gözləyən tərəfini gücləndirməyi qərara alıb. Odur ki, Rusiya Müdafiə nazirliyi bu hərbçiləri Şimali Qafqazda Türkiyə ilə yaxın olan bölgələrdə Abxaziya, Cənubi Osetiyada və Ermənistandakı 102-ci hərbi bazaya göndərir.
Rusiya digər media orqnlarında yer alan məlumatlarda bildirilir ki, son dövrlərdə Moskvanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirilməsinə zərurəti məhz Türkiyə ilə münasibətlərin kəskinləşməsi yaradıb. Çünki  Rusiyanın Türkiyəyə ən yaxın və birbaşa sərhəddində yerləşən hərbi bazası 102-ci diviziyadır ki, o da Ermənistanın Gümrü şəhərində yerləşir. Rusiya bu hərbi bazanı daha çox hərbi texnika baxımdan gücləndirir. Bu məqsədlə 102-ci hərbi bazanın aviatexnika parkı yenilənib və oradakı təyyarələrin, vertolyotların sayı artırılıb. Aviaparkda olan texnika təmir olunub, Hava hücumundan müdafiə sistemini daha da gücləndirmək məqsədi ilə burada yeni mobil zenit-raket sistemləri quraşdırılıb. 


Bu hərbi dairənin tərkibində digər hərbi dairələrdən fərqli olaraq Strateji təyinatlı raket qoşunları ilə yanaşı hərbi-kosmik müdafiə sistemi də  mövcuddur. Bu hərbi dairə indiki məqamda Kreml üçün iki baxımdan çox böyük həyati məna kəsb edir. Birincisi, hazırda Türkiyə ilə münasibətlərinin kəskinləşməsi fonunda və Suriyadakı vəziyətlə bağlıdırsa, digər ikinci məqam isə Ukrayna ilə bağlı olan məsələdir.


Belə ki, cənub hərbi dairəsi mərkəzi qərargahının Rostov na-Donda yerləşir. 
Qeyd edək ki, bu hərbi dairədə 100 Su-24 döyüş bombardman təyyarəsi, 80-dən çox şturman Su-25 təyyarəsi, 100-ə yaxın Miq-29 qırıcılar, Su-27, Su-30 qırıcı var. Bundan əlavə olaraq güclü ordu aviasiyasına malikdir. Bu hərbi dairədə 100-dən artı hərbi döyüş vertalyotu olan Ka-52, Mi-28H, Mi-24/35 vertolyotlar var. Həmçinin 12  ağır yükdaşıyan Mi-26 və 60-dan çoxtəyinatlı Mi-8/17 vertolyotları var.


 Bu hərbi dairəni Xəzər dənizindən başqa Qara dənizdə də döyüş gəmiləri mövcuddur. Qara dənizdə təkcə 4 sualtı döyüş gəmisi və 100-ə yaxın müxtəliftəyinatlı  digər hərbi təyinatlı gəmiləri var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO