Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqının MİLLİ HƏDƏFİDİR

Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqının MİLLİ HƏDƏFİDİR

Hazırda oxunan: Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqının MİLLİ HƏDƏFİDİR
123571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qərbi Azərbaycana qayıdış məsələsinin məhz indiki zamanda qaldırılması Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıq kontekstini ehtiva edir və yerinə düşür". 

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib. 

Xələf Xələfov bildirib ki, bu qayıdış uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir:

“Bu məsələdə populizmə yol vermək olmaz və məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır. Qərbi Azərbaycan icmasının potensialı çox böyükdür. Bu potensial imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək. Konsepsiya sənədi XİN-in BMT-dəki daimi nümayəndəliyi vasitəsilə BMT-də rəsmi sənəd kimi yayılıb. Sənəddə zorla öz yurdlarından qovulan vətəndaşlarımızın hüquqlarının bərpası öz əksini tapıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO