Ramiz Rzayevdən İDDİALARA CAVAB:

Ramiz Rzayevdən İDDİALARA CAVAB: "O qanunun mənə aidiyyəti yoxdur"

Hazırda oxunan: Ramiz Rzayevdən İDDİALARA CAVAB: "O qanunun mənə aidiyyəti yoxdur"

122820

Bir neçə gün öncə Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatdığını iddia edilmişdi.

Bizim.Media xəbər verir ki, manset.az sözügedən məsələni dəqiqləşdirmək üçün Ramiz Rzayevdən açıqlama alıb. 

Həmin açıqlamanı təqdim edirik:

-  Ramiz müəllim, sizin vəzifənizlə vidalaşacağınız iddia olunur. Bu barədə nə deyə bilərsiniz?

-  Yox, ay qardaş. Elə bir şey olsa, rəsmi məlumat olardı. Həyatdır səbrli olaq, baxaq görək necə olur. 

-    Qanuna görə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sizin yaşınız 68-dən çox olduğu üçün vəzifədən gedəcəyiniz istisna edilmir. Bu məsələyə münasibətiniz necədir?

-  Bilirsiniz necədir? Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunandan sonra yaş həddi 68 oldu. Yəni iki fərq var. Biri var qanun qəbul olana kimi hakim qəbul olunanlar, biri də var yeni qəbul olunandan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş,  Ali məhkəmədə isə 68 yaşdır. Bilirsiniz mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar düzgün şərhini verə bilərlər. 
-  Sizin yaşınız 68-i keçibsə, bu sizə şamil edilmir?

-  O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyatı yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO