“Kremldən ermənilərə məhz bu cür izah verirlər...”x9d

“Kremldən ermənilərə məhz bu cür izah verirlər...”x9d

Hazırda oxunan: “Kremldən ermənilərə məhz bu cür izah verirlər...”x9d

121662
Avropada qoşunların saxlanılmasına dair kvotanı çoxdan pozan Rusiya indi Ermənistan vasitəsi ilə bunu pərdələməyə çalışır.
 
Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri Rusiyanın getdikcə Cənubi Qafqaz üçün böyük təhlükəyə çevrildiyini deyib:
 
“Regionun hərbiləşdirilməsi də Rusiyanın əli ilə həyata keçirilir. Rusiyanın bu bölgədə bir missiyasi var: Cənubi Qafqazı daim maraq dairəsində saxlamaq və Qərbin bu regiona nüfuz etməsinə imkan verməmək. Bir müddət öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri belə bir bəyanat verdi ki, Gümrüdəki 102-ci hərbi baza regionda sabitliyi qorumağa xidmət edir. Bu, sadəcə, çox uğursuz bir bəyanatdır. Ermənistanın sürətlə silahlandırılması həm bölgədə Rusiyanın maraqları naminə həyata keçirilir, həm də Türkiyə ilə ehtimal edilən münaqişədə bu ölkəyə qarşı istifadə etmək üçün nəzərdə tutulub. Kremldən ermənilərə də məhz bu cür izahat verirlər ki, Moskva İrəvanı qərbdə Türkiyədən, şərqdə isə Azərbaycandan qoruyur”x9d.
 
Politoloq Ermənistanda yerləşdirilən silahlı qüvvələrin Yaxın Şərqə istiqamətlənməsinə də toxunub: “Əgər bu bölgədə hava hücumundan müdafiə sistemi qurulursa, deməli, o ad altında eyni zamanda, müxtəlif raket kompleksləri də yerləşdirilir. Məqsəd isə Suriya, İraq və digər bölgələri çox asanlıqla hədəfə almaqdır. Rusiya silahlı qüvvələrinin ən böyük dəstələrinin məhz bu bölgədə yerləşdirilməsinin əsas səbəbi budur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO