Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb?

Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb?

Hazırda oxunan: Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb?
121088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün Azərbaycan vətəndaşı, biznesmen Xəyyam Səfərli Dubay hava limanında saxlanılıb. 

Bizim.Media “Haqqin.az”a istinadən xəbər verir ki, iş adamı saxlanılmazdan bir qədər sonra məsələ ilə bağlı öz instaqram hesabında paylaşım edib. 

Məlumata görə, X.Səfərli hər hansı səbəb olmadan saxlanılıb, onun iş vizası isə ləğv olunub. 

Sayt yazır ki, Birləşmiş Ərəb Əmirliklərində yüzlərlə digər Azərbaycan vətəndaşına qarşı da oxşar addımlar atılır.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən sayta verilən məlumata görə, diplomatik nümayəndəlik Xəyyam Səfərli ilə bağlı yaranmış insidentlə əlaqədar BƏƏ-nin Xarici İşlər Nazirliyinə nota göndərib. 
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır, ictimaiyyətə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO